AZ

“Nokia” telefon satışında yeni rekorda imza atıb

“Nokia”

Bu yaxınlarda yenidən istehsal edilən, bir zaman ən məhşur modellərdən biri sayılan “Nokia 3210” markalı mobil telefon təqdim olunub. Onun buraxılışı yubileyə, orijinal modelin 25 illiyinə təsadüf edib.

Reyting.az
xəbər verir ki, gözlənilmədən satışa çıxarılan mobil telefon Çində inanılmaz səs-küyə səbəb olub və telefonun demək olar, bütün növ rəng modelləri satılıb.

“Nokia 3210” 4G telefonu may ayının 8-də Çində 349 yuana (48 dollar) satılsa da, bu rekord satış tələbatı, həmçinin telefonun qiyməti daha sonra 52 dollara yüksəlib.

"Nokia"-nın açıqlamasına görə, hər üç rəngdə, yəni qara, mavi və sarı rəngdə telefon iki gün ərzində tamamilə satılıb.

İstehsalçılar bildiriblər ki, zavod hazırkı bu yüksək tələbatı ödəmək üçün tam gücü ilə işləyir, lakin yeni cihazlar yalnız mayın 31-də satışa çıxarılacaq.

2024-cü ilin modeli orijinal dizaynı miras alır, lakin bəzi müasir təkmilləşdirmələrlə zəngindir.

"Nokia"-nın məlumatına görə, telefonda 2,4 düymlük rəngli ekran, kamera, 32 GB-a qədər genişləndirilə bilən 128 MB daxili yaddaş, USB Type-C konnektoru və MP3 pleyer, FM radio dalğası, həm də müxtəlif proqramlar üçün dəstək mövcuddur. Tam doldurulması şərti ilə bu yeni modeli təxminən 9 saat danışmaq mümkündür.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
reyting.az

1Mənbələr