AZ

Prezident onu nazir qoymaq istədiyini deyəndə təəccüblənib

“Rusiya prezidenti Vladimir Putin Sergey Şoyqunun müdafiə naziri vəzifəsindən uzaqlaşdırılması və Təhlükəsizlik Şurasının katibi vəzifəsinə keçirilməsi barədə qərar qəbul edib. Çünki o, Müdafiə Nazirliyini bürümüş korrupsiya ilə mübarizə apara biləcəyinə inamını tamamilə itirmişdi”.

“Cebhe.info” xəbər verir ki, üç məlumatlı mənbə “Bloomberg”-ə belə deyib. Mənbələrdən birinin açıqlamasına görə, Putin Şoyqunun yerinə iqtisadi məsələlər üzrə köməkçisi və Baş nazirin müavini Andrey Belousovu seçib.

“Çünki müharibə soyuq başla aparılmalıdır”,-belə qeyd edilir.

Digər iki mənbənin sözlərinə görə, 65 yaşlı Belousov prezident ondan müdafiə naziri olmasını xahiş edəndə təəccüblənib. Lakin mənbələrə görə, Belousov tərəddüd etmədən buna razılaşıb.

Çünki o, Putinə təkcə prezident kimi deyil, dünya tarixinin gedişatını dəyişən qlobal şəxsiyyət kimi baxır.

“Belousov Şoyqunun düzəldə bilmədiyi ordunun təchizatı ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün təyin edilib. Lakin Belousov praktiki rəhbərlikdə və ya strategiyanın həyata keçirilməsində iştirak etməkdənsə, siyasətin inkişafı ilə daha çox tanınır”,-deyə Moskva Strategiya və Texnologiyaların Təhlili üzrə Analitik Mərkəzinin rəhbəri Ruslan Puxov bildirib.

Müşfiq Abdulla

“Cebhe.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
cebheinfo.az

1Mənbələr