AZ

Qaynatasını öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

Tovuzda qaynatasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Əvəz Babayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Abdulla Məmmədovun sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 22-nə təyin olunub.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Əvəz Babayev şəxsi münasibətlər zəminində qaynatası 1981-ci il təvəllüdlü Fərhad Yusifovu bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
e-huquq.az

1Mənbələr