AZ

Kreml: "Biz Gürcüstanın daxili işlərinə qarışmırıq, Qərb isə..."

Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov "Tbilisini sanksiyalarla təhdid edən Qərbdən fərqli olaraq", Kremlin Gürcüstanın daxili işlərinə qarışmadığını bidirib. Peskov Gürcüstan parlamentinin xarici agentlərlə bağlı qanun layihəsini nəzərdən keçirməsi barəsində mübahisələri şərh edərkən deyib: "Biz artıq dəfələrlə demişik ki, bu, tamamilə Gürcüstanın daxili işidir. Biz heç bir halda bu işlərə qarışmaq istəmirik. Bir tərəfdən Gürcüstan rəhbərliyinin dünyanın əksər dövlətləri kimi öz ölkəsini aşkar müdaxilələrdən sığorta eləmək qətiyyətini görürük. Digər tərəfdən Gürcüstanın daxili işlərinə açıq-aşkar qarışanları görürük. Hətta Gürcüstanın öz daxilində bir qanunu qəbul edəcəyi təqdirdə, sanksiyalar tətbiq ediləcəyi təhdidlərini eşidirik. Gürcüstanın daxili işlərinə birbaşa müdaxilə də elə budur. Rusiya nə indi, nə də bundan sonra Gürcüstanın daxili işlərinə qarışmaq niyyətində deyil".
Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
hurriyyet.az

1Mənbələr