AZ

“Microsoft” 242 milyon dollar cərimələnib

Müəllif:Ayşən İmananova/Banco.az

Amerikanın texnologiya nəhəngi "Microsoft" patent pozuntusunda ittiham edilib.

Banco.az xəbər verir ki, ötən həftə “Microsoft”u patent pozuntusunda ittiham edən “IPA Technologies”in iddiası üzrə yekun məhkəmə iclası keçirilib. Delaver məhkəməsinin qərarına əsasən, şirkət patent sahibi “IPA Technologies”ə 242 milyon dollar cərimə ödəməlidir. “Microsoft” qərarla razılaşmır və apellyasiya şikayəti vermək niyyətindədir.

Mübahisə, məhkəmənin fikrincə, “IPA”nın kompüter rabitəsi proqram təminatına patent hüquqlarını pozan virtual köməkçi “Cortana” səs tanınması texnologiyasından istifadə ilə bağlıdır.
"Microsoft" 2018-ci ildən bəri heç bir pozuntu olmadığını iddia etsə də, cərimədən xilas ola bilməyib.

Qeyd edək ki, “IPA” həmçinin “Google” və “Amazon”u oxşar patent pozuntularında ittiham edərək məhkəməyə verib. "Amazon" məhkəmədə qalib gəlsə də, "Google" ilə mübahisə hələ də davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
banco.az

1Mənbələr