AZ

“Qarabağa görə Kanada vətəndaşlığından imtina edərəm” – Erməni keşiş

Baqrat Srbazan Qarabağa görə Kanada vətəndaşlığından imtina edə biləcəyini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistandakı aksiyalara rəhbərlik edən keşiş Baqrat Srbazan Jurnalistlər Birliyində deyib. O, jurnalistlərin Kanada vətəndaşlığından imtina edə bilərmi sualını cavablandırıb.

“Kanada vətəndaşlığı mənim üçün sadəcə bir sənəd, pasport və sübutdur ki, bu ölkədə yaşamışam və yaşadığıma görə çox minnətdaram. Bu pasport mənə bütün lazımi hüquqi vasitələrlə verilib. Kanada vətəndaşlığının mənim üçün yalnız bu qədər dəyəri var, baxmayaraq ki, bu ölkədə çoxlu dostlarım və qohumlarım var.

Hər saniyə, ölkəmə, Ermənistana, Qarabağa xidmət etmək üçün nə lazım olursa olsun, mən nəinki imtina etməyə, həm də özümü həsr etməyə hazıram. Bu gün küçədə etdiyim də bu işdir. Kanada vətəndaşlığı və ya digər vətəndaşlıq mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Lazım olsa imtina edəcəm, lazım olmasa imtina etməyəcəyəm, yolumuz düzdür. Tələb olunanlar baş verəcək”, – keşiş bildirib.

Xatırladaq ki, Ermənistanda baş nazir postuna keşiş Baqrat Srbazanı təklif edəndə, o demişdi ki, mən baş nazir ola bilmərəm, ikili vətəndaşlığım var.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
interpress.az

1Mənbələr