AZ

“Səhvlər üzündən xal itkiləri çox oldu”- “Turan Tovuz”un kapitanı

Bilindiyi kimi, “Turan Tovuz” avrokuboklar uğrunda mübarizəni dayandırdı.

Ümidləri yerlə-yeksan olan azarkeşlər günahı ya Ayxan Abbasovda, ya da futbolçularda görür. İtirilən xallara görə Şəhriyar Əliyevi qınayanlar da az deyil. Kapitanın kobud səhvlər buraxaraq 4-5 xalın itirilməsinə səbəbkar olduğu düşünülür.
Bəs, kapitan tənqidlərlə razıdı? Özünü nə dərəcədə günahkar hiss edir?
Bu suallarla Şəhriyara müraciət etdik. Futbolçunun “football-plus az”a söylədikləri:
“Futbolda səhvlər qaçılmazdı. Əlbəttə, futbolçu kimi komandama xeyir vermək istəyirəm. Baş məşqçimizin tapşırığıyla çatışmazlıqları aradan qaldırmağa çalışırıq. İstəyirik ki, daha yaxşı olaq. Düzdü, səhvlər üzündən xal itkiləri çox oldu. Digər tərəfdən, qarşımıza ilk “dördlük”də qərarlaşmaq hədəfi qoyulmamışdı”.


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
football-plus.az

1Mənbələr