AZ

“Qəbələ” üçün “Lester” nümunəsi

“Heç kəs istəməzdi ki, “Qəbələ” Premyer Liqanı tərk etsin. Amma bu mövsüm onlarda alınmadı və sonuncu yeri tutdular”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov deyib.

“Qəbələ”nin də formasını geyinmiş veteran hücumçu bildirib ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında bölgə təmsilçisi ilə bağlı verilən qərar doğrudur: “İdman prinsipləri qorunduğu üçün bu çox düzgün qərardır. İnanıram ki, “Qəbələ” üçün gələn mövsüm Premyer Liqaya yüksəlmək əsas hədəf seçiləcək. Gələn mövsüm komanda sayı artsa, “Qəbələ” də onlardan biri olacaq. Yaxşı akademiyaları var, yaxşı infrastruktura malikdirlər. I Liqada da maraqlı mövsüm olacaq. İstərdim ki, “Lester” kimi I Liqaya düşdükdən sonra geri qayıdıb, çempion olsunlar”.

Cavadovun sözlərinə görə, limitin dəyişməməsi də yaxşı haldır: “İndiki zamanda nəyisə dəyişmək bir az tez olar. Çünki infrastruktur, komandaların sayı, futbolçular baxımından bu bir az tez qərar sayılacaqdı. Məncə, hər şey doğrudur. Sadəcə səbir lazımdır”.

Veteran futbolçu Azərbaycan millisinə baş məşqçi təyin olunması məsələnin müzakirə olunamamasına da münasibət bildirib: “Yəqin ki, baş məşqçi ilə bağlı qərarda tələsməmək, düzgün seçim etmək istəyirlər. Tələsik baş məşqçi seçmək də doğru deyil. Buna görə hələ də müzakirə olunmur. Əsas odur ki, addan asılı olmayaraq Azərbaycan futbolu qazansın”.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
idman.biz

1Mənbələr