AZ

Serxio Ramos da ABŞ klubuna keçəcək

“Sevilya” klubu təcrübəli futbolçu Serxio Ramosla müqaviləni uzatmaq istəmir.

Məlumata görə, ABŞ-nin “San Dieqo” klubu ispaniyalı müdafiəçinin transferində maraqlıdır.

MLS-də (“Major League Soccer” - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) çıxış edən komandanın artıq Serxio Ramosla ilkin danışıqlara başladığı bildirilsə də, keçid üçün təklif olunan məbləğ açıqlanmayıb.

Qeyd edək ki, Serxio Ramos bu mövsüm “Sevilya” forması ilə çıxdığı 34 oyunda yeddi qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: theatletic.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
3
oxu.az

6Mənbələr