AZ

Xarkovun süqutu dəhşətli olar – “Washington Post” yazır

Ukrayna Rusiyanın yaz və ya yay aylarında mərkəzi Donbassa gözlənilən hücumuna hazırlaşır.

Bu hücum hər zaman baş verə bilər. Lakin eyni zamanda, rus qoşunları Xarkov vilayətində gözlənilməz transsərhəd hücumu həyata keçirirlər.

“Washington Post”da qeyd edir ki, beş rus batalyonu bir neçə gün ərzində Ukraynanın demək olar ki, 8 km dərinliyinə qədər irəliləyərək bir sıra kəndləri ələ keçirə bilib. Bu, Rusiyanın müharibə başlayandan bəri ən sürətli hücumudur. Onlar bu hücumlarını davam etdirsələr, artilleriya ilə Xarkova çata biləcəklər.

Rusiya artilleriyasının 2022-ci ildə Xarkova endirdiyi zərbələrin izləri hələ də milyonlarla insanın yaşadığı şəhərin ətrafında görünməkdədir. Bu hücumların təkrarlanması dəhşətli olar. “Ən pis ssenari Xarkovun süqutu olardı. Bu, hələ ki, çətin görünür. Lakin Ukrayna şəhəri xilas etmək üçün Donbasdakı qoşunlarını çıxarmalıdır ki, bu da rusların həmin regionda irəliləməsini asanlaşdıracaq”, – nəşr vurğulayır.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
editor.az

1Mənbələr