AZ

General-leytenant Kuznetsovu 15 ilə qədər həbs gözləyir

Bu gün Rusiya Müdafiə Nazirliyinin baş kadrlar idarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov həbs edilib. Rusiya mediasının yaydığı məlumata görə, o, araşdırılan cinayət işlərindən birinin iştirakçısı olan və adı açıqlanmayan bir şəxsin dindirilməsindən sonra saxlanılıb. TASS hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinad edərək yazıb ki, Kuznetsov təqsirli bilinərsə, onu 15 ilə qədər həbs və külli miqdarda cərimə gözləyir.

İstintaq Komitəsinin məlumatına görə, Kuznetsov xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Müstəntiqlərin fikrincə, 2021-2023-cü illərdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi olan Kuznetsov kommersiya strukturlarından rüşvət alıb. General bu çirkli pulların müqabilində onlara kömək edəcəyinə söz verib.

Kuznetsovun yaşayış və qeydiyyat olduğu yerlərdə aparılan axtarışlar zamanı müstəntiqlər müxtəlif valyutalarda 100 milyon rubldan çox pul tapıblar. Bundan başqa, generaldan qızıl sikkələr, kolleksiya saatları və digər dəbdəbəli əşyalar da tapılıb.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
23
news365.az

10Mənbələr