AZ

Rusiya və Qərb hansısa məqamda anlaşacaqlar



"Əslində həm Ermənistanda, həm də Gürcüstanda baş verənlər Cənubi Qafqaz uğrunda Qərb və Rusiya arasında gedən mübarizənin tərkib hissəsidir. Hər iki tərəf bütün imkanları ilə Cənubi Qafqazda mövqe mübarizəsinə giriblər. Rusiya əlində olanları qoruyub saxlamaq, Qərb isə Rusiyanı regiondan uzalşdırmaqla ondan boşalacaq yeri tutmağa cəhd edir".

Newscenter.az xəbər verir ki. bu fikirləri politoloq Yusif Bağırzadə Gürcüstan və Ermənistanda baş verənləri şərh edərkən səsləndirib. O bildirib ki, Azərbaycanın müstəqil xarici siyasət kursu aparması və istər Qərb, istərsə də Rusiyadan gələn təzyiqlərə boyun əyməməsi tərəfləri Gürcüstan və Ermənistan üzərində fokuslaşmağa məcbur edib:

"Ermənistanda delimitasiya prosesinə başlanılması da, Gürcüstanda “xarici agent” haqqında qanunun qəbulu ilə bağlı fəaliyyət də əslində bəhanədir. Və qarşıduran güclər bu bəhanələrdən istifadə edərək mövcud hakimiyyətlərə təzyiq etməyə çalışırlar.
Proseslərin sonrakı inkişafını proqnozlaşdırmaq da əslində elə də çətin deyil. Dünyanın ayrı-ayrı yerlərində Qərb və Rusiya arasındakı indiyə qədər mövcud olan mövqe mübarizəsi onu deməyə əsas verir ki, Rusiya və Qərb hansısa məqamda anlaşacaqlar. Rusiya Ermənistanı əldə saxlamaq qarşılığında Qərbin xeyrinə Gürcüstandan və ya əksinə Qərb Ermənistanı nəzarəti altına almaqla Gürcüstandan çəkilə bilər".

Yusif Bağırzadə deyib ki, regionda baş verənlər Azərbaycanı daha diqqətli olmağa məcbur edir:

"Çünki iki güc arasında qalmaq bizim üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu baxımdan Azərbaycanın sərgilədiyi balanslı siyasət mövqeyi kifayət qədər düzgün mövqedir. Məhz bu cür siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunu davam etdirməyə və kiminsə boyunduruğu altına girməməyə imkan verir. Bu çür mövqe həm də tərəflərdən birinə yaxınlaşmaqla digər tərəfin təzyiqlərinə tuş gəlməyin də qarşısını alır".

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
newscenter.az

1Mənbələr