AZ

"Arsenal" "Real"ın sabiq yarımmüdafiəçisi ilə maraqlanır

"Real Sosyedad"ın və Yaponiya millisinin hücumameyilli yarımmüdafiəçisi Takefusa Kubo İngiltərə Premyer Liqasına keçə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

Mənbənin məlumatına görə, "Arsenal" yaponiyalı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır. Kubonun transfer qiyməti 60 milyon avro olaraq qiymətləndirilir.

Tərəflər arasında mövcud müqavilə 2029-cu ilin iyunun sonunda başa çatacaq. O, 2022-ci ilin yayından "Real Sosyedad"ın rənglərini qoruyur. İspaniya çempionatının bu mövsümündə Takefusa 28 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
apasport.az

1Mənbələr