AZ

“Meteksan Savunma” şirkətinə yeni baş direktor təyin olunub

Türkiyənin “Meteksan Savunma” şirkətinə yeni baş direktor təyin edilib.

“Meteksan Savunma”dan “Poliqon”a bildirilib ki, bu vəzifə Adil Baktır həvalə olunub.
2019-cu ilin noyabr ayında “Meteksan Savunma” şirkətində işə başlayan Adil Baktır baş direktorun müavini vəzifəsində çalışıb. Bundan əvvəl o, ASELSAN şirkətində müxtəlif vəzifələrdə işləyib. 1993-cü ildə ASELSAN şirkətində Dizayn Mühəndisi kimi işə başlayan Adil Baktır, 2008-2012-ci illərdə Hərbi Kompüter Dizayn Meneceri, 2012-2014-cü illərdə Hava Hücumundan Müdafiə Layihələri Proqram Rəhbəri, 2014-2019-cü illər aralığında Hava və Raket Hücumundan Müdafiə Sistemləri Qrup Başqanı vəzifələrində çalışıb.

2019-cu ildən “Meteksan Savunma”da baş direktor vəzifəsində çalışan Selçuk Kerem Alparslan baş direktor vəzifəsindən gedərək, İdarə Heyəti sədrinin Korporativ Strategiya və Biznesin İnkişafından Məsul Müavini vəzifəsinə təyin edilib.

Bundan başqa, şirkət daxilində də bir sıra təyinatlar olub:

  • Burak Akbaş – Satış və Marketinq üzrə Baş Direktorun müavini
  • İrfan Yıldız – Müdafiə və Təhlükəsizlik Sistemləri üzrə Baş Direktorun müavini
  • Turqut Çelikadam – Mühəndislik və Texnologiya üzrə Baş Müdir müavini
  • Şükrü Serkan Sevim – Avtonom Sistemlər üzrə Baş Direktorunun müavini
  • Sinan Atalar – Korporativ Əməliyyatlar üzrə Baş Direktorun müavini.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
poliqon.az

1Mənbələr