AZ

Vatikanda muzey işçiləri Roma papasına petisiya göndəriblər

49 əməkdaşın imzaladığı petisiyada Vatikan administrasiyasına “hər bir işçinin ləyaqətinə və sağlamlığına xələl gətirən iş şəraitinin” dəyişdirilməsi istənilib.

Ednews yapaybuzeka.com -a istinadən xəbər verir ki, İşçilərin vəkili Laura Sqro, iş saatlarının qısaldılması, maaşların artırılması, sağlamlıq və təhlükəsizlik dəstəyinin yaxşılaşdırılması kimi tələblərin irəli sürüldüyünü bildirib.

Sqro İngiltərənin tanınmış qəzetlərindən olan Guardian-a deyib:

Fəhlələr dəfələrlə fərdi ərizələr yazaraq bu vəziyyəti həll etməyə çalışıblar. Lakin tələblər cavabsız qalıb. Ona görə də belə bir radikal addım atıldı. Uzun illər davam edən müzakirələrdən sonra bu, ilk kollektiv aksiyadır. Hazırda 49 nəfər var, amma düşünürəm ki, yaxın günlərdə bu rəqəm artacaq.

 

Nicat 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
ednews.net

1Mənbələr