AZ

Türkiyədə mebel sexində güclü yanğın olub

Türkiyənin İstanbul şəhərində mebel sexində yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstabulun Başakşehir adlı ərazisində yerləşən sexdə naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə, polis və təcili yardım qrupları cəlb edilib.

Yanğınsöndürmə briqadaları sexdə baş verən yanğının qarşısını ala bilib.

Yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

Mebel sexinə ciddi ziyan dəyib.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
e-huquq.az

1Mənbələr