AZ

Avstraliya İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

Avstraliya İrana qarşı yeni sanksiyalar tətbiq edib.

İnterpress.az xəbər verir ki, İranın müdafiə naziri Məhəmmədrza Aştiani və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin (SEPAH) komandanı İsmayıl Qaani də Avstraliya tərəfindən sanksiyalara məruz qalan yüksək vəzifəli məmurlar arasındadır.

Avstraliya Xarici İşlər Nazirliyi öz bəyanatında SEPAH-ı “bədniyyətli aktyor” kimi təqdim edib və bu hərbi qolun “beynəlxalq təhlükəsizliyə və İran xalqına təhdid” olduğunu yazıb.

Sanksiyaya məruz qalanlar arasında İranın yüksək rütbəli məmurları, iş adamları və İranın raket və dron proqramlarının hazırlanmasında iştirak edən şirkətlər də var.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
interpress.az

1Mənbələr