AZ

İkiqat vergitutmanın ləğvi onlayn ticarətə necə təsir edəcək?VİDEO

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanın ləğvi müəyyən suallar doğurur.

Xezerxeber.az xəbər verir ki, Türkiyənin ölkəmizin əsas ticarət tərəfdaşlarından biri hesab olunduğunu nəzərə alsaq, sahibkarları və istehlakçıları qiymətlərlə bağlı proqnozlar maraqlandırır.

“Qəbul edilən qərar xüsusilə onlayn ticarət qiymətlərinə necə təsir edəcək?”

İqtisadçı Turab Rzayev deyir ki, gəlirlərə görə ikiqat vergitutmanın mahiyyətini vətəndaşlar bəzən yanlış anlayırlar.

Ekspertin sözlərinə görə, bu qərar istehlakçıları maraqlandıran qiymətlərə təsir etməyəcək.

İqtisadçı Elşad Məmmədov isə deyir ki, iqtisadi baxımdan xərcin azalması idxal olunan məhsulların da ucuzlaşması ilə müşahidə edilməlidir. Onun sözlərinə görə, Azərbaycanda tekstil sənayesinin inkişafı ilə bağlı müvafiq çağırışlar var. Amma bu o demək deyil ki, tekstil məhsullarının idxalı süni şəkildə azaldılaraq yerli bazarda qiymət artımına gətirib çıxarmalıdır.

İqtisadçıların fikrincə, ölkə vətəndaşlarının onlayn ticarətə xərclədiyi vəsaitin daxili dövriyyəsinə nail olmaq üçün yerli şirkətlər ciddi addımlar atmalıdırlar.

Daha ətraflı videomaterialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
xezerxeber.az

1Mənbələr