AZ

Hindistanda reklam lövhəsi aşıb, ölənlər və yaralılar var

Hindistanın Mumbay şəhərində toz fırtınası ciddi fəsadlar törədib.

E-huquq.az "India Today"ə istinadən xəbər verir ki, Mumbay şəhərinin Ghatkopar rayonunda fırtına zamanı reklam lövhəsinin aşması nəticəsində 14 nəfər ölüb.

Hadisə zamanı yaralanan 70-dən çox insanın xəstəxanaya yerləşdirilib.

Həmçinin xeyli sayda avtomobil reklam lövhəsinin altında qalıb.

Dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işləri davam edir.

Bununla yanaşı, Mumbayda uçuşlar və nəqliyyatın hərəkəti dayandırılıb .

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
e-huquq.az

1Mənbələr