AZ

Azərbaycan və Ermənistan arasında münasibətlərin son inkişafını olduqca müsbət qəbul edirik - Ceyhun Bayramov

Azərbaycan və Ermənistan arasında münasibətlərin son inkişafını olduqca müsbət qəbul edirik.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, əldə olunan nəticə tarixi nəticədir.

"Bu sırf iki ölkə arasında birbaşa danışıqlar yolu ilə baş tutdu. Ümidvarıq ki, bu istiqamətdə işlər müsbət məcrada davam edəcək. Artıq fevral ayından etibarən intensiv danışıqlar bərpa edilib. Ümumilikdə danışıqları müsbət qiymətləndiririk. Gözləntilərimiz uyğun olmalıdır. Bu olduqca önəmli və mürəkkəb prosesdir", - deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
olaylar.az

1Mənbələr