AZ

Gürcüstan parlamentində yenə dava düşdü - Video

Gürcüstan parlamentinin plenar iclasında dava düşüb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, müxalifət deputatları ilə hakim “Gürcü arzusu”nun nümayəndələri arasında davaya səbəb növbəti dəfə qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi olub.

Belə ki, bu gün Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna üçüncü və sonuncu oxunuşda baxmalıdır.

Qeyd edək ki, bu ilin aprelində hakim “Gürcü arzusu” partiyası xarici agentlər haqqında qanun layihəsini yenidən parlamentə təqdim edib. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində “xarici təsir agenti” ifadəsi əvəzinə “xarici dövlətin maraqlarını təşviq edən təşkilat” ifadəsi işlədilir.

Qanun layihəsi gəlirlərinin 20 %-dən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin qeydiyyatını nəzərdə tutur. Layihəyə əsasən, “xarici qüvvələrin maraqlarını təbliğ edən təşkilat” hesab edilən hər kəs dövlət reyestrində qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək, həmçinin bəyannamə doldurmaq lazımdır. Qeydiyyatdan və ya bəyannamə doldurmaqdan imtina 25 min lari (təxminən 9,5 min dollar) məbləğində cərimələnəcək.

Layihənin əleyhdarları bunu Rusiyanın müvafiq qanununun analoqu adlandırırlar.

Gürcüstan hakimiyyəti isə iddia edir ki, qanun bütün əsas hüquqi prinsiplərə tam uyğundur və qeyri-hökumət təşkilatlarının və əlaqəli KİV-lərin maliyyələrinin illik açıqlanması məqsədinə xidmət edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
qafqazinfo.az

10Mənbələr