AZ

“Erməni kilsəsinin gizli və şübhəli fəaliyyəti...” - İoannisyan

Erməni kilsəsi “xeyriyyəçilik fəaliyyəti” adı altında gizli biznes fəaliyyəti ilə məşğuldur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Məlumatlı Vətəndaşlar İttifaqı” adlı QHT-nin kordinatoru Daniel İoannisyan deyib.

Təşkilat rəhbəri erməni kilsəsi və din xadimlərinin şübhəli fəaliyyətləri, bu yolla böyük pullar əldə etmələrinə diqqət çəkib:

“Bu məsələləri müzakirə etmək lazımdır. Mənə maraqlıdır ki, “Respublika” meydanındakı nəhəng səhnənin pulunu kim ödəyib. Bəli, 2018-ci ildə Nikol Paşinyan da pul yığmışdı, amma bu barədə ətraflı hesabat dərc olunub.

Başqa bir məsələ erməni kilsəsinin iqtisadi və maliyyə fəaliyyətinin şəffaflığı ilə bağlıdır. Dövlət, gömrük və vergi orqanları kilsənin xeyriyyəçilik fəaliyyəti adı altında bəzi şəxslərin (din xadimlərinin) gizli biznes fəaliyyətlərinin olmamasına nəzarət edirmi?

Ümumiyyətlə, kilsə və keşişlərin vergi verməməsi nə qədər əsaslıdır? Yəni bəziləri “Bentli” və ya LX570 sürməli, amma dövlətin ehtiyacları üçün vergi ödəməkdən yayınmalıdır?”.

İoannisyan revanşistlər və kilsənin mayın 9-dan İrəvanda keçirdiyi etiraz aksiyalarının hansı yolla maliyyələşdirilməsinin də şübhəli olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
teleqraf.com

1Mənbələr