AZ

“Beşiktaş”ın prezidenti Qurban Qurbanovu tərifləyib: “Çox uğurlu məşqçidir”

“Beşiktaş”ın

Bakı, 14 may, AZƏRTAC

Türkiyənin "Beşiktaş" klubunun prezidenti Həsən Arat “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu tərifləyib.

AZƏRTAC xəbər verir ki, funksioner bu barədə 52 yaşlı mütəxəssisin İstanbul təmsilçisinin baş məşqçi postuna namizəd olması ilə bağlı iddiaları şərh edərkən deyib.

O, Q. Qurbanovun kifayət qədər uğurlu məşqçi olduğunu vurğulayıb: “Haqqında çox yaxşı fikirlər səsləndirirlər”.

Qeyd edək ki, Türkiyə mətbuatında yayılan xəbərlərə baxmayaraq, Qurban Qurbanov “Beşiktaş”dan rəsmi təklif almadığını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
4
azertag.az

5Mənbələr