AZ

Minimum əməkhaqqı artırılır?VİDEO

Minimum əməkhaqqı arıtırılaraq 365 manata çatdırıla bilər.

Bunu “Xəbər Ertəsi”nə açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

O, bildirib ki, minimum əməkhaqqı ilə bağlı təkliflərin noyabrın 1-nə qədər hazırlanaraq aidiyyəti quruma təqdim edilməsi gözlənilir. Onun sözlərinə görə, hazırda 345 manat olan minimum əməkhaqqının artımı inflyasiya dinamikası nəzər alınaraq reallaşdırılacaq.

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, bu ilin 1-ci rübünün yekunlarına əsasən, büdcədən sosial istiqamətdə ayrılan vəsaitlərin həcmində 40 faiz artım var.

Minimum əməkhaqqıları və digər istiqamətdə olan artımlar fiskal gəlirlər və hökumətdəki qiymətləndirmələr əsasında reallaşır. Bu istiqamətdə addımlar atılarsa, istehlak bazarına təsirinin minimallaşdırılmasına ehtiyac yarana bilər.

Daha ətraflı videomaterialda:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
xezerxeber.az

1Mənbələr