AZ

Ermənistan və Gürcüstanda baş verənlər Qərblə Rusiya arasında rəqabətin kuliminasiyasıdır




"Ermənistanda və Gürcüstanda baş verənləri mən daha çox Qərblə Rusiya arasında rəqbətin kuliminasiyası hesab edirəm. Görünür Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmağa, Moskva isə buna bütün gücü ilə müqavimət göstərməyə israrlıdır".

Newscenter.az
xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O deyib ki, regionumuzun antoqonist böyük güclərin kəskin rəqabət poliqonuna çevrilməsi Azərbaycanda da müəyyən narahatlıq doğurmaya bilməz:

"Çünki hər iki qonşu ölkədə baş verənlər istər-istəməz nə qədər sərhədlərimiz bağlı saxlanılsa da, cəmiyyət üzərinə inzibatı basqılar artırılsa da, təsirini göstərir. Xüsusən də Ermənistanla Azərbaycan arasında normallaşma prosesində müəyyən irəliləyişlərin əldə olunması, vasitəçisiz təmasların müsbət nəticələrə ümudlər yaratdığı indiki dönəmdə Ermənistanda hakimiyyət dəyişikliyi problemlərə yol açardı. Ermənistanda Moskva Qərbin adamı deyilən Paşinyanı devirmək istəyir, Gürcüstanda isə Qərb Rusiyapərəst hesab edilən “Gürcü Arzusu”nu hakimiyyətdən uzaqlaşdırmağa can atır. Metod və üsul oxşar olsa da məqsəd və hədəflər bir-birindən fərqlidir".

Əli Oruclu deyib ki, Qərbin müxtəlif vaxtlarda Gürcüstanda, Ukraynada və digər postsovet məkanında həyata keçirdiyi və keçirməyə cəhd göstərdiyi rəngli inqilablar təəssüf böyük itkilərlə, dağıntılarla müşayət olunub:

"İnqilablar ümumiyyətlə xarakterindən aslılı olmayaraq təlatümlərə, kəskin qarşıdurmalara, ziddiyyətlərə yol açır. Mən şəxsən həmişə inqilabların, çevrilişlərin əleyhinə olmuşam. Hesab edirəm ki, hakimiyyət dəyişikliyi demokratik seçkilərlə həyata keçirilməli, qansız-qadasız, zorakılıqlar olmadan xalq öz iradəsini gerçəkləşdirməlidir. Qərbin Azərbaycanla da bağlı planlarının olduğunu istisna etmirəm. Geostrateji əhəmiyyətə malik Azərbaycanda müxtəlif illərdə həmin planları reallaşdırmağa cəhd göstərilib. Bəzi siyasi müxalifət dairələri hətta, indinin özündə də Qərbin onların vasitəsi ilə Azərbaycanda rənqli inqilab edəcəyini, hakimiyyəti dəyişəcəyi kimi xülyalara inanmaqdadır. Hər dəfə də xaricdə baş verən inqilablardan ruhlanaraq fəallaşıblar. Lakin nəzərə almq lazımdır ki, Azərbaycanı Ermənistanla, Gürcüstanla və yaxud digər ölkələrlə müqayisə etmək olmaz. Həm Azərbaycanın özü, həm də Qərbin Azərbaycana yanaşması spesifikdir. Üstəlik də, Azərbaycanda hakimiyyət güclüdür və müharibədən qalibiyyətdən, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra prezident İ.Əliyevin nüfuzu pik nöqtəyə çatıb. Bura Azərbaycana xarici təzyiq və təsirlərin qarşısnı qətiyyətlə alması, ölkəni regional güc mərkəzinə çevirməsini də əlavə etsək, iqtidarla siyasi müxalfət arasında müqayisə edilməz dərəcədə fərq yaranır. Odur ki, ABŞ və qərbli müttəfiqlərinin Azərbaycanda rənğli inqilab edəcəyi absurddur".

Əli Oruclu onu da deyib ki, Rusiyanın da Ermənistanda Paşinyanı devirə biləcəyini də gözləmir:

"Paşinyan hakimiyyəti zəif olsa da ona müxalif olan qüvvələr ondan da zəifdir. Ancaq Gürcüstanda durum fərqlidir. Çox istərdim ki, bu rəqabət, cərəyən edən hadisələrin axarı kütləvi zorakılıqlara, dağıntılara və xaosa gətirib çıxarmasın. Bundan Azərbaycan da təsirlənə bilər. Ən azından sosial və humanitar problemlərlə üzləşə bilərik".

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
newscenter.az

1Mənbələr