AZ

Azərbaycanda sürücülərin ən çox yol verdiyi qayda pozuntuları - Ekspert açıqladı

"Ən çox yollarda rast gəldiyimiz qayda pozuntusu ara məsafəsi saxlamamaqdır. Statistikayada nəzər yetirsək, ən çox qəzaların səbəbi budur".

Bunu Valyuta.az-a açıqlamasına sürücülük təlimçisi Adil Nəbiyev bildirdi. 

Ekspertin sözlərinə görə, yeni başlayan sürücülər bəzi hallarda bilmədiklərinə görə qaydaları pozurlar, təcrübəli sürücülər isə bilsələr belə, səbrsizliklərindən araya başqa avtomobil girməməsi üçün məsafə saxlamırlar. 

A.Nəbiyev deyir ki, növbəti kütləvi olaraq pozulan qaydalar zolaqda düzgün mövqe tutmamaq və dönmə işıqlarını yandırmadan zərurət olmasından və ya olmadığı halda zolaqları dəyişməkdir. 

“Ümumiyyətlə avtomobil idarə etməyə başlayanda sükanı necə tutdunsa axıra kimi elə də gedir. Ona görə qaydaları və idarə etməni daha peşəkar təlimçilərdən öyrənməyimiz lazımdır. Dünyanın bir çox ölkələrində demək olar ki, yol hərəkət qaydaları bizdə olduğu qədər pozulmur. Məhz elə buna görə ölkəmizi digər ölkələr ilə müqayisə etsək, ağır yol qəzalarının və qəzalarda həyatını itirən yol hərəkət iştirakçılarının sayı bizdə həddindən artıq çoxdur. Biz hamımız qaydalara və təhlükəsizliyə riayət etməyə özümüzdən başlasaq yollarımızdakı problemlərin sayı tədricən azalar" – deyə təlimçi qeyd etdi.

Rəhim

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
valyuta.az

1Mənbələr