AZ

Leysan yağışları Kürdəmirdə yaşayış evlərinə, həyətyanı sahələrə ziyan vurdu - FOTO

Axşamdan yağmağa başlayan güclü leysan yağışları Kürdəmirdə yenə fəsadlara yol açıb. Rayonun bir neçə küçə prospektləri leysan yağışlarının normadan artıq yağması nəticəsində gediş-gəliş tamamilə bağlanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Kürdəmirdə normadan artıq yağan yağış sakinlərə çətin anlar yaşadıb.

Səhəri sular içində açan şəhər sakinləri evlərindən çıxmağa çətinlik çəkiblər. Sakinlərin bəziləri öz maşınları, bəziləri iri çəkmələri ilə  çıxmağa çalışıblar.

Bu vəziyyət rayonun əsasən Heydər Əliyev və Bakı prospektlərində, eləcə də Şəhriyar, Xanlar Səfərəliyev küçələri və şəhərin bir neçə küçələrdə özünü daha çox büruzə verib.

Yağış suları rayonda fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, sakinlərə məxsus təsərrüfatlara xeyli ziyan vurub.
Hazırda şəhərin bütün küçələrində yığılıb qalmış sel sularının çəkilməsi üçün aidiyyatı qurumların əməkdaşları səfərbər olunublar və lazımi zəruri işlər həyata keçirirlər.

Yaranmış çətinliklə bağlı Kürdəmir rayon 2 saylı su-kanal idarəsinin sahə rəisi Arzu Şahbazov Bizim Media-nın yerli bürosuna bildirib ki, yaranmış vəziyyətlə bağlı idarənin bütün texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub və yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.






Bizim.Media, Aran bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
bizim.media

1Mənbələr