AZ

Turizm və Menecment Universitetində beynəlxalq ISO standartları üzrə fəaliyyət davam edir

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Norveç Krallığının “DNVAS” şirkətinin ölkəmizdəki nümayəndəliyi tərəfindən ali təhsil müəssisəsinin Turizm və qonaqpərvərlik fakültəsində dünyada ən çox tətbiq edilən Beynəlxalq ISO 9001:2015 standartının tələblərinə uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemi (KİS), eyni zamanda həm Turizm və qonaqpərvərlik, həm də Sosial menecment fakültələrində Beynəlxalq ISO 21001:2018 standartının tələblərinə müvafiq Təhsilin İdarəedilməsi (Tİ) üzrə dövri audit yoxlaması prosesi başa çatıb.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Qeyd edilib ki, Turizm və qonaqpərvərlik fakültəsi ilk dəfə 2019-cu ildə Beynəlxalq ISO 9001:2015 – standartının tələblərinə uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemi sertifikatına layiq görülüb. Ötən il beynəlxalq standart sertifikatının fəaliyyət dövrü daha bir uzadılıb.

ATMU-nun adıçəkilən sertifikatlara layiq görülməsi müvafiq ixtisaslar üzrə kadr hazırlığı sahəsində tədris və təlimin beynəlxalq standartlara uyğun təhsil siyasəti ilə əhatələndiyindən xəbər verir.

Universitetin inkişaf dinamikasında “Turizm və qonaqpərvərlik və sosial menecment sahələrində mütəxəssislərin hazırlanması” sahəsində Beynəlxalq ISO 9001:2015 – KİS, o cümlədən ISO 21001:2018- Tİ standartlarına uyğun təhsil siyasəti aktual tələb kimi dəyərləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
1
azertag.az

2Mənbələr