AZ

450 min köçkün var

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağının cənubundakı Rəfah şəhərindən təxminən 450 min insanın məcburi köçkün edildiyini bildirib.

"Cebhe.info" xəbər verir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) sosial media platformasındakı bəyanatında, İsrail ordusunun hücumlarını davam etdirdiyi və 1,5 milyona yaxın köçkün fələstinlinin sığındığı Rəfah şəhərindəki vəziyyət barədə məlumat verib.

Açıqlamada hücumların davam etdiyi Rəfahda küçələrin boş olduğu bildirilib. 

Hücumların başladığı gündən bəri təxminən 450 min insanın Rəfahdan məcburi köçkün edildiyinin təxmin edildiyi ifadə edilən açıqlamada deyilir: "İnsanlar davamlı yorğunluq, aclıq və qorxu ilə üz-üzədir. Heç bir yer təhlükəsiz deyil. Tək ümid dərhal atəşkəsdir".

Xatırladaq ki, mayın 7-də İsrail ordusu Qəzzanın Rəfah bölgəsinə qurudan hücum edərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
cebheinfo.az

1Mənbələr