AZ

İTA-nın Azərbaycandakı prioriteti aqrar sahənin məhsuldarlığını artırmağa kömək göstərməkdən ibarətdir

Bakı. Trend:

İtaliya Ticarət Agentliyinin (İTA) Azərbaycandakı prioritetiaqrar sahənin məhsuldarlığını artırmağa kömək göstərməkdənibarətdir.

Trend xəbərverir ki, bu barədə İtaliya Ticarət Agentliyinin (İTA) Bakıdakıdirektoru Andrea Makkaniko və "Azərsun" holdinqin nümayəndəsi SavaşUzan Azərbaycan-İtaliya biznes forumunda deyiblər.

Azərbaycan və İtaliya arasında aqrar sahəsə əməkdaşlıq üçünböyük imkanların olduğu qeyd edilib.

Hər iki spiker çıxışında Azərbaycanda kənd təsərrüfatıməhsulları istehsal edən şirkətlərin müasir ixtisaslaşmış texnikailə təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.

Makkaniko bildirib ki, İTA-nın Azərbaycandakı prioriteti aqrarsahənin məhsuldarlığını artırmağa köməklik göstərməkdən, eləcə dəməhsul emalı sahəsində əməkdaşlıq qurmaqdan ibarətdir.

S.Uzan qeyd edib ki, İtaliyanın aqrar texnikası dünyada ən çoxtələb olunan texnikalardan biridir və holdinq ixtisaslaşmış maşın,avadanlıq və texnologiyalarla bağlı tərəfdaşların tapılmasına maraqgöstərir.

Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların TəşviqiAgentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin (İTA) birgətəşkilatçılığı ilə ixracın təşviqi və xarici ivestisiyaların cəlbedilməsinə həsr olunmuş tədbir keçirilir.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyətgöstərən 12 İtaliya şirkəti və 100-ə yaxın azərbaycanlı iş adamı,eləcə də müvafiq dövlət qurumlarının, yerli hakimiyyət orqanlarınınvə beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
az.trend.az

1Mənbələr