AZ

Ceyms O`Brayen Tbilisidə, Baş nazir görüşdən imtina etdi – 2 milyard dollarlıq mübahisə

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Tbilisiyə rəsmi səfərə gəlib.

KONKRET.az gürcü mediasına istnadən xəbər verir ki, səfər Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulu fonunda baş verir.

Dövlət Departamentindən bildirilib ki, O`Brayenin səfərinin məqsədi “ABŞ-ın gürcü xalqına davamlı sadiqliyini və Gürcüstanın sülh, firavan və təhlükəsiz Avro-Atlantik gələcəyə can atmasını” nümayiş etdirməkdir.

Ceyms

Dövlət katibi köməkçisinin Gürcüstanın müxalifət partiyaları, vətəndaş cəmiyyəti təşkilatları və hökumət nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Bazar ertəsi baş nazir İrakli Kobaxidze bildirib ki, tənqidçilərin “rus oliqarxı” adlandırdığı hakim “Gürcü arzusu” partiyasının fəxri sədri və milyarder qurucusu Bidzina İvanişvili O’Brayenlə görüşdən imtina edib.

Onun sözlərinə görə, buna səbəb İvanişvilinin “de-fakto sanksiyalar altında olması” və “şantaj altında görüş keçirə bilməməsi”dir. “Gürcü arzusu” İvanişvilinin hesablarındakı 2 milyard dolların Rusiya mənşəli olması ehtimalına görə  dondurulmasını “de-fakto sanksiyalar” adlandırır. Gürcüstanın baş naziri əmin edib ki, “de-fakto sanksiyalar” götürülərsə, İvanişvili mövqeyini dəyişəcək.

Qeyd edək ki, ABŞ Dövlət Departamentində O’Brayen 2023-cü ilin oktyabrına qədər sanksiyalar üzrə koordinator vəzifəsində çalışıb. Bu statusda o, ötən ilin yayında Gürcüstanda olub. O zaman Vaşinqton Rusiyanın sanksiyalardan yayınması baxımından problem yaradan ölkələr sırasında Gürcüstanın da olduğunu vurğulamışdı.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
konkret.az

1Mənbələr