AZ

Bu səbəbə görə hərracda bankların dollar tələbi artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün  Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 107,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (7 may) müqayisədə 32 milyon dollar və ya 42,6% çoxdur. 

Məlumata görə, tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbilə yığılan tələblə əlaqədardır.

Qeyd edək ki, mayda keçirilən hərraclarda ümumi tələb 255,7 milyon dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
4
banco.az

7Mənbələr