AZ

Ailə başçısını itirən tələbələr təhsil haqqından AZAD EDİLSİN! - TƏKLİF

Ailə başçısını itirən tələbələr təhsil haqqından AZAD EDİLSİN! - TƏKLİF

Bu gün Azərbaycanda ailə başçısını itirən şəxslərin ailələri bağlı müvafiq işlər görülür. Bunlara nümunə olaraq ailə başçısını itirən əxsin pensiyası həyat yoldaşına verilir. Digər tərəfdən tərəfdən ailə başçısını itirən uşaqlara tələbə kreditindən yararlanmaq üçün şərait yaradılıb. Lakin bu proqram çərçivəsində tələbələr 1-ci kursdan bu fondan yararlana bilmir. İkinci kursdan etibarən tələbələr təhsil haqlarını ödəmək üçün bu kredit fonuna müraciət edə bilirlər. Bu gün ananın əldə etdiyi gəlir övladının ehtiyaclarını çox vaxt qarşılamır. Bu baxımdan həmin məqama diqqət yetirmək lazımdır. Azərbaycanda vəfat edən şəxslərin övladları təhsil haqqından azad edilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Bu gün Azərbaycanın istər özəl, istərsə də dövlət universitetlərində ödənişli əsaslarla qəbul olunmuş şəxslər var ki, onlar müxtəlif sosial statusa malikdirlər:

"Onlar təhsil haqqından azaddır və dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Bu kateqoriyalar müxtəlifdir. Dövlət hər il kifayət qədər elə insanlar var ki, onların təhsil haqlarını öz üzərinə götürüb. Təbii ki, onlar arasında biz birmənalı şəkildə müxtəlif kateqoriyadan olan insanları görə bilirik. Yəni özü əlil olan yaxud valideynini itirmiş uşaqlar var ki, onlar təhsil haqqından azaddır. Təbii ki, valideynlərin hər iki vəfat etmiş şəxslər təhsil haqqından azaddır və mövcud qaydalar bunu deyir. Amma valideynin birini itirmiş şəxslər ilə onların gəlir mənbəyinə baxmaq lazımdır. Burada mütləq şəkildə nəzərə almaq lazımdır ki, əgər vəfat edən atadırsa, ananın əmək qabiliyyəti heç də ailənin bütün xərclərini ödəməyə uyğun deyil. Ona görə hesab edirəm ki, ailə başçısını itirmə məsələsinə xüsusilə diqqət yetirmək lazımdır. Mövcud qaydalara görə ailə başçısını itirmiş və digəri birinci, ikinci qrup əlil olanlar təhsil haqqından azaddırlar. Biz bu sferanı bir azda genişləndirməli və təkmilləşdirməliyik. Belə ki, vəfat edən atadırsa, ananın öhdəliyində olan uşaqlar təhsil haqqından mütləq azad olunmalıdırlar. Çünki qadının əmək qabiliyyəti və gəliri kişi ilə eyni deyil".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
sonxeber.az

1Mənbələr