AZ

Ermənistan sıxışdırılıb – Paris İrəvanı aldadır – KİV

“Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə və bunun hesabına Rusiyadan asılılığı, həmçinin iqtisadi və kommersiya asılılığını zəiflətməyə çalışsa da, ölkəmizin Avropa ölkələri ilə iqtisadi münasibətləri ən pis dövrünü yaşayır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi analitik, yazar Hakob Koçaryan bildirib.

Onun sözlərinə görə, “Erməni məhsulları Avropa bazarlarına çıxa bilmir. Üstəlik, son vaxtlar çıxan məhsullar da yüksək təzyiqlə sıxışdırılıb”.

O daha sonra bildirib:

“Ermənistanın Aİ ölkələri ilə xarici ticarəti minimum həddə çatıb. Ötən ilki 15,6 faizdən bu pay 5,4 faizə düşüb.

Həm ixrac, həm də idxal azalıb. Ermənistanın ixracının yalnız 2,9 faizi Avropa İttifaqına gedib.

Söhbət onlarla Aİ ölkəsindən gedir. Bu il Ermənistanın ixracında Aİ ölkələrinin payı təxminən 4 dəfə azalıb. AB ölkələrinə ixrac təxminən 32 faiz azalıb. Üç ayda cəmi 126 milyon dollar ixrac edilib. Ötən illə müqayisədə bu, 59 milyon dollar azdır.

Bir çox Aİ ölkələrinə ixrac sadəcə olaraq pis dövrünü yaşayır. Belə ki, əgər keçən il Hollandiyaya ixrac 100 milyon dolları keçmişdisə, bu il 19 milyon dollara belə çatmır. Əvvəlki illə müqayisədə azalma 81 faizdən çoxdur.

Zahirən Ermənistanla yaxın münasibətdə olan və hər zaman kömək etməyə hazır olan Fransanın Ermənistanla ticarət balansı kiçikdir. Xarici ticarətin cəmi 0,3 faizini təşkil edir.

Bu ilin ilk üç ayında Ermənistandan Fransaya cəmi 1,5 milyon dollarlıq mal ixrac edilib ki, bu da ötən illə müqayisədə 35 faiz azdır. Keçən il böyük olmasa da, bu rəqəm cəmi 2,3 milyon dollar təşkil edib.

Fransadan idxal ilin əvvəlində 28 faizdən çox azalaraq 24 milyon dollara yaxın olub.

Ermənistanın bir çox Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələri bu vəziyyətdədir. Onların kiçik bir xüsusi çəkisi var. Əvvəllər də bu çəki böyük olmasa da, ən azı 15-20 faizə çatırdı. Son illərdə kiçilirdi, bu il, demək olar, çöküb. Bu, Ermənistan iqtisadiyyatının Aİ ölkələrinin bazarlarına çıxmağa nə qədər hazır olmadığını bir daha açıq-aydın göstərir. Üstəlik, son illərdə bu göstəricilər xeyli zəifləyib. Ermənistanın iqtisadiyyatı rəsmi olaraq yüksək templə artıb, lakin iqtisadiyyatın potensialı demək olar ki, artmayıb, istehsal və ixrac imkanları, əksinə, xarici bazarlarda rəqabət imkanları daha da zəifləyib.

Ermənistanda həyata keçirilən iqtisadi və xüsusən də valyuta siyasəti erməni məhsullarının müqavimətinin kəskin şəkildə pisləşməsinə, rəqabət qabiliyyətinin itirilməsinə gətirib çıxarıb ki, nəticədə Ermənistan məhsulları tədricən Avropa bazarlarından sıxışdırılıb çıxarılır. Və bu, həm xarici ticarətdə, həm də ixracda böyük artımlar şəraitində baş verir.

Bu il Rusiyaya da ixrac azalıb. 8,6 faiz azalmaya səbəb son vaxtlar Ermənistan üzərindən Rusiyaya təkrar ixracla bağlıdır. Əvvəlki iki ildə bu, ixracımızın artımına təsir edən əsas faktora çevrilmişdi. İlin əvvəlində bu amil zəifləsə də, başqa istiqamətdə dərinləşib. İdxal isə ötən illə müqayisədə 4 dəfə çox olub.

Rusiyadan idxal 3 milyard dollardan çox olub. Həmin ölkədən orta hesabla aylıq bir milyard idxal edilib. Bu il Rusiya mallarının bir hissəsinin Ermənistan vasitəsilə təkrar ixracı böyük ölçülərə çatıb. Söhbət xüsusilə qızıldan gedir.

Rusiya ilə ticarət əlaqələrinin qeydə alınan yüksək göstəriciləri xam qızılın idxalı ilə müəyyən edilir. Rusiya qızılı Ermənistan vasitəsilə xüsusilə BƏƏ-yə çıxır. Bunun nəticəsidir ki, Əmirliklər Ermənistanın ixracatında lider olub.

İxracın 46 faizindən çoxu həmin ölkəyə gedir.  İxrac edilən xam qızılın gömrük dəyəri 2,5 milyard dollardan çox olub.

Bu, Ermənistanın ümumi ixracının az qala 57 faizini təşkil edir. Bütün digər məhsulların payı ixracın cəmi 43 faizini təşkil edir.

Qızılın tərkibinə qiymətli daşlar əlavə olunarsa, belə çıxır ki, ixracın az qala 75 faizi həmin iki növ məhsulun payına düşür, qalanlarının hamısına isə ancaq 25 faizi düşür. Bir gün qiymətli daş və qızıl ticarəti bağlanarsa, Ermənistanın xarici ticarətinin necə olacağını təsəvvür etmək çətin deyil”.

Natiq Səlim,

KONKRET.az

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
konkret.az

1Mənbələr