AZ

İan Borq: Sülh sazişinin imzalanmasını səbirsizliklə gözləyirik

ATƏT dayanıqlı və hərtərəfli sülh sazişinin imzalanmasına diqqətini davam etdirir.

“Report” xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O, sədrliyi dövründə Azərbaycanla Ermənistan arasında münaqişəli vəziyyətin həllində əvvəllər yol verilmiş bütün çatışmazlıqların nəzərə alınacağını vurğulayıb:

“Düşünürəm ki, keçmişə baxmağın mənası yoxdur. Mən bu ölkələrin xarici işlər nazirlərindən müsbət xəbərlər alıram. Onları yetkin və mənalı danışıqları davam etdirməyə çağırıram. Biz sülh sazişinin imzalanmasını səbirsizliklə gözləyirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
3
report.az

4Mənbələr