AZ

Qərb dəyədləri ilə şərq dəyərləri uzlaşmır



"ABŞ başda olmaqla, Qərb özünün regional maraqlarını reallaşdırmq üçün ən çirkin siyasi texnologiyalardan belə məmuniyyətlə istifadə edir. Böyük güclər özləri üçün seçdikləri bu yolda siyasi əxlaqa aid nə varsa, hamısnı məmuniyyətlə ayaqlarlar. Baxın, bunlar iqtisadi maraqları naminə İraqı, Liviyanı və digər şərq ölkələrini necə viran qoydular".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisad elmləri doktoru, professor Fikrət Yusifov səsləndirib. Onun sözlərinə görə, qərb dəyədləri ilə şərq dəyərləri uzlaşmır:

"Şərq insanının pisxologiyası, həyata baxışları başqadı. Kim təsəvvür edə bilər ki, hər hansı bir şərq ölkəsində - məsələn elə İraqda, Liviyada eynicinslilərin nikahından söhbət gedə bilər və hətta belə nikahları dövlət səviyyəsində müdafiə edib, dəstəkləyərlər. Yəqin ki, heç birimiz bunu ağlımızdan belə keçirə bilmərik. Ancaq Qərb dediyimiz o məkanlarda bununla bağlı nələr baş verir? Qərbin elə ölkələri var ki, orada hətta dövlətin başında dayanan adam həmcinslisi ilə rəsmi nikahdadır və cəmiyyət bunu normal qəbul edir. Bax bütün bunların fonunda şərq, qərb ola bilmir və ola da bilməyəcək! Qərb “dəyərlərini” zorla şərqə sırımaq istəyənlərin aldığı nəticələr isə göz qabağındadır. Narıncı inqlab yolu ilə İraqa, Liviyaya demokratiya gətirmək istəyənlər, nəticədə bu ölkələri sadəcə xarabazara çevirdilər. Bu gün Liviya və İraq kimi ölkələrdə ictimai-siyasi durum hansı vəziyyətdədi? Bu ölkələri narıncı inqlablarla viran qoymuş Qərb, nəticə etibarilə həmin ölkələrin enerji resurslarına sahibləndi. Budur Qərbin demokratiya maskası!".

Fikrət Yusifov bildirib ki, indi də ABŞ başda olmaqla Qərb, eyni oyunları Cənubi Qafqazda oynamaq istəyir:

"Onlar yüngül ağılla davranan Ermənistan hakimiyyətini bu yola sürükləyir, Gürcüstanda isə ciddi əsası olmayan bir mövzunu cəmiyyətlə hakimiyyət arasında mübahisə predmetinə çevirib, ortalığı qarışdırmağa qalxıblar. İnandırıram ki, Gürcüstanda meydana çıxıb etiraz edənlərin bir çoxu etiraz etdikləri məsələnin mahiyyətini belə tam dərk edə bilmirlər. Gürcüstan hökuməti nə istəyir? Hökumət deyir ki, Qərb onun ərazisində şəffaf maliyyə əməliyyatları aparsın, hökumət görsün ki, kimlərsə onun ölkəsinin ərazisində təxribatı deyil, sağlam fəaliyyəti maliyyələşdirir. Bu hər bir dövlətin təhlükəsizliyinin qorunması baxımından önəmlidir. Əslində hökumətin bu təklifinin qarşısında deyiləcək heç bir söz ola bilməz. Amma və lakin...".

O deyib ki, bu gün Gürcüstanda baş verənlər vaxtılə İraqda kimyəvi silah istehsal edilir deyib, bu ölkəyə ABŞ-n etdiyi hərbi müdaxilə ilə çox oxşardı:

"ABŞ bunu bəhanə edib, İraqa girdi, onu bir ölkə kimi darmadağın etdi və sonda da bəyan etdi ki, bəs kimyəvi silah istehsalı ilə bağlı məlumat səhv imiş, İraqda kimyəvi silah istehsal olunmayıb! Bax belə, buna nə dyəsən".

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
newscenter.az

1Mənbələr