AZ

“Sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyirik”

“Həm Ermənistan, dəm də Azərbaycanın xarici işlər nazirlərindən iki ölkə arasında münasibətlərin normallaşmasına dair müsbət xəbərlər alıram və danışıqların davam etdirilməsini istəyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İan Borq Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Danışıqların davam etdirilməsini eşitməkdən şad oldum. Sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyirik. Yeni reallıqları qəbul etməliyik. ATƏT region üçün nə düzgündürsə, o istiqamətdə qərarların verilməsinə davam edəcək”, - İ.Borq qeyd edib.

Günel İbrahimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
qafqazinfo.az

1Mənbələr