AZ

Deputat hüquq mühafizə orqanlarına müraciət etdi: "Pensiya verilən günonları güdürlər..."

“Dünən səhər Atatürk prospektindəki Ayna Sultanova parkında gəzişərkən mənə bir neçə xoşagəlməz əhvalat danışdılar. Dedilər ki, bir-iki nəfər yaxşı geyimli-keçimli, 25-30 yaşında gənc eyni üsulla yaşlı insanlara yaxınlaşıb onları aldadırlar. Belə ki, pensiya verilən gün və yaxud digər başqa günlərdə onları güdürlər. Maraqlısı budur ki, ağsaqqalların adlarını da bilirlər. Yaxınlaşıb deyirlər ki, ağsaqqal, mən sizin ən yaxın dostunuzun oğluyam, yadınıza salın, kimə oxşayıram? Ağsaqqalları o qədər məcbur edirlər ki, onlar da sonda hansısa dostlarının adını çəkirlər. Sonra bu fırıldaqçılar hal-əhval tuturlar. "Çoxdandır, sizi görmürük..." Beləliklə, şirin söhbətlər - əməliyyat başlayır. Deyirlər ki, uşağımı həkim yanına aparıram, mənə 50-100 manat ver. Yaxud “qonşu küçədə maşınımın benzini bitib, filan yerə gedirəm, benzin doldurmaq üçün pul ver”. Artıq buna bənzər bir neçə hal baş verib”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib. 

 

“Pensiya alan bir ağsaqqal var, keçmişdə 50 ildən çox məktəb direktoru işləyib. Bu fırıldaqçılıqla ondan 500 manat pul alıblar. Biliblər ki, üstündə bu qədər pul var. Atatürk prospektindəki küçələrdə bənzər hadisələr olub. Belə getsə, bu fırıldaqçılıqlar gələcəkdə insanları hədələyib pul alacaqlar. Planlaşdırıram ki, bu yaxınlarda Milli Məclisin sessiyasında çıxış edim. Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edəcəyəm. Bununla ciddi məsğul olsunlar. Polis istəyəndə tapa biləcək, onların öz üsulları var. Bu fırıldaqçılığa son qoymaq lazımdır. Bakıda-Azərbaycanda görünməyən məsələdir. Bu bizim əxlaqımıza, böyüklərə münasibətimizə, dinimizə yaddır. Polis mütləq axtarıb tapmalıdır. Aidiyyəti üzrə çağırış edirəm”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 14 May 2024, 13:12   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
pravda.az

1Mənbələr