AZ

Premyer Liqanı tərk edən komandanın başına qalır, yoxsa gedir? – “100 faiz əminəm ki...”

Premyer Liqanın sonuncu pilləsindən qurtula bilməyən “Qəbələ” növbəti mövsümdə Birinci Liqada çıxış edəcək.

İcraiyyə Komtiəsinin (İK) mayın 13-dəki iclasına qədər bölgə təmsilçisinin elitada qalacağına böyük ümidlər bəslənilirdi.

Lakin ölkə futboluna cavabdehlik daşıyanlar növbəti mövsüm üçün komanda sayının artırılmasını məqbul saymadı.

İndi əsas suallardan biri “Qəbələ”nin Birinci Liqada hansı heyətlə mübarizə aparacağı, komandaya kimin rəhbərlik edəcəyidir.

Hazırkı çalışdırıcı Kaxaber Tsxadadze Sportinfo.az-a açıqlamasında İK-nın qərarına münasibət bildirib, özünün komandadakı gələcək aqibəti ilə bağlı danışıb:

“Gözlənilən idi. Birinci Liqada mübarizə aparan komandaların şəraiti ilə maraqlanmışam. Demək olar heç birinin Premyer Liqanın tələblərinə cavab verən infrastrukturu yoxdur. Futbolun inkişafını istəyiriksə, ilk növbədə infrastrukturdan başlamalıyıq.

“Qəbələ”nin bu cür imkanlarla Birinci Liqada oynaması məni hədsiz məyus edir. Bir şeyə 100 faiz əminıəm ki, “Qəbələ” növbəti mövsümün yekununda yenidən elitaya qayıdacaq. Çünki kluba rəhbərlik edən şəxslər “Qəbələ”ni və futbolu sevirlər. Bu komanda yenidən Premyer Liqaya qayıdıb, öncə avrokuboklar, daha sonra çempionluq uğrunda mübarizə aparacaq.

Özümüzə gəlincə, qalıb-qalmayacağımız haqda indi sizə dəqiq söz deyə bilməyəcəm. Qarşıda iki oyunumuz var. Mövsümü tam başa vurandan sonra oturub müzakirə edəcəyik. Ondan sonra bu suala dəqiq cavab vermək mümkün olacaq”.

34 turdan sonra aktivində 23 xal olan bölgə təmsilçisi ən yaxın izləyiciləri “Araz-Naxçıvan”la “Kəpəz”dən 12 xal geri qalır.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
sportinfo.az

10Mənbələr