AZ

Keşiş Baqrat və etirazçıların “Nemezis”i ziyarəti  "qırmızı xətti" keçməkdir : VİDEO

İrəvanın mərkəzindəki Respublika meydanında İrəvanın yollarını bağlamaqla şəhəri iflic etməyə çağıran keşiş Baqrat hazırda bu gün səhər saatlarında da Yerevanın küçələri yenidən bağlanmasını həyata keçirə bilib.


Baxmayaraq ki, ötən gün polislər küçələrdə gediş –gəlişə mane olan etirazçıları saxlamışdı, Amma durum bu gün də eynidir. Yenə də “Ordu, Ermənistan, Vətən və Tanrı” şüarları səsləndirən revanşist ermənilər paytaxt küçələri ilə yürüş edir, insanları onlara qoşulmağa çağırır, şagird və tələbələri tətilə çağırırlar.
Keşişin bu günkü şousu isə İrəvanda Osmanlı (Türkiyə), Azərbaycan diplomatları və siyasi xadimlərini ötən əsrin əvvəllərində qətlə yetirmiş “Nemezis” terror qruplaşmasının üzvlərinə qoyulan abidənin qarşısında baş tutub. Oxucularımıza məlumat üçün bildirir ki, “Nemezis” əməliyyatı - Daşnaksütyun Partiyasının həyata keçirdiyi terror aksiyasıdır.

Aksiyanın məqsədi qondarma erməni soyqırımını və Bakıda 1918-ci ildə “erməni əhalisinin qətlini təşkil etmiş” şəxslərdən qisas alınması idi. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi.

Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi “Nemezidanın” adından götürülüb. Əməliyyatın keçirilməsi Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrəvanda keçirilən Daşnaksütyun Partiyasının IX qurultayında qərara alınıb. 2023-cü ildə isə terrorçuların əməliyyatının adını daşıyan bir abidə İrəvanda ucaldılıb.
Türkiyə tərəfi heykəlin sökülməsi ilə bağlı rəsmi İrəvana xəbərdarlıq etsə də abidə hələ də revanşist və qəlbi türkə qarşı nifrətlə dolu olan ermənilərin ziyarətgahı hesab edilir.

 


Sülhü sevməyən, uzun müddətdir pafosları ilə xalqını düşmənçiliyə səsləyən bir kilsə xadiminin erməni gəncləri, şagirdəlri, tələbələri bu mənfur abidəyə aparması  nə ermənilərə xeyir gətirəcək, nə də Ermənistanın uğuru hesab olunacaq.


Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
adalet.az

1Mənbələr