AZ

Bu ilin ilk dörd ayında 8,5 milyard kubmetr qaz ixrac edilib

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın qaz ixracı 8,5 milyard kubmetr təşkil edib.

Bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında yazıb.

Bildirilib ki, ixracın 49 faizi (4,2 milyard kubmetri) Avropanın, 38 faizi (3,2 milyard kubmetri) Türkiyənin, 13 faizi (1,1 milyard kubmetri) isə Gürcüstanın payına düşüb.

Hesabat dövründə TANAP Türkiyəni 1,8 milyard kubmetr qazla təchiz edib. Cari ilin ilk dörd ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,7 faiz artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
1
vergiler.az

2Mənbələr