AZ

Diqqətli olun! - "Bakcell"in adından zəng edib tora salırlar - "Bakcell" isə susur - VİDEO

Son günlər fırıldaqçılar insanlardan pul mənimsəmək üçün yeni üsula əl atıblar. Avtosfer.az xəbər verir ki, onlar "Bakcell" şirkətinin adından insanlara zəng edərək danışıq və internet paketləri təklif edirlər. Belə ki, 25 manata təklif etdikləri paketin internet həcmi daha çox olduğu üçün insanların marağına səbəb olur. Bununla razılaşan müştəridən isə şəxsiyyət vəsiqəsi və qoşulmaq üçün 30 manat pul tələb olunur. Pulu isə bank kartına köçürmə üsulu ilə tələb edirlər.

Bununla bağlı "Bakcell"in müştəri xidmətləri ilə əlaqə saxladıq. Onlar şirkət tərkibində 077-555-51-81 nömrəli telefonla çalışan əməkdaşın olmadığını bildirdilər. Məlumatı ətraflı araşdırmaq üçün daha sonra "Bakcell"in mətbuat xidməti ilə əlaqə saxladıq. Onlar da insanlara zəng edib pul tələb edən şəxsin şirkətə aid olmadığını və məsələ ilə bağlı rəsmi açıqlama verəcəklərini bildirdilər. Çox təəssüf ki, Avtosfer.az-ın sorğusunun üzərindən 1 ay keçməsinə baxmayaraq "Bakcell" şirkəti onların adından saxtakarlıq edərək pul tələb edən şəxslərlə bağlı məsələyə heç bir münasibət bildirmədi.

 

Məhəbbət

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
avtosfer.az

1Mənbələr