AZ

Dövlət qurumunun tabeliyindəki bu qurumun adı dəyişdi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyindəki Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti adını və təşkilati-hüquqi formasını dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, bununla müvafiq qərar imzalanıb.

Qərara əsasən, qurum Tikilməkdə olan Obyektlərinin Müdiriyyəti Publik Hüquqi Şəxsinə çevrilib.

Qeyd edək ki, qurum 1948-ci ildə yaradılıb. Direktoru Ramiz Vəkilovdur. Müdiriyyət bütün Azərbaycan üzrə iri həcmli meliorasiya və su təsərrüfatı obyektlərinin (kanal, nasos stansiyaları, su anbarları, kollektor-drenaj şəbəkələri, bəndlər və s.) layihələndirilməsi və həyata keçirilməsi işlərində Sifarişçi funksiyasını yerinə yetirir. Müdiriyyət, hüquqi şəxs kimi su təsərrüfatı obyektlərinin əsaslı tikintisinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini idarə edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
iqtisadiyyat.az

2Mənbələr