AZ

Parisdə UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısı işə başlayıb

Paris, 14 may, AZƏRTAC,

Hər beş afrikalıdan dördü hələ də açıq odda və çirkləndirici yanacaqlardan istifadə edərək ənənəvi sobada yemək bişirir. Beynəlxalq Enerji Agentliyinin (BEA) UNESCO-nun mənzil-qərargahında məhz bu məsələlərin həllinə həsr etdiyi Zirvə toplantısı mayın 14-də işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Zirvə toplantısının ilk plenar iclasında Azərbaycan ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Zirvə toplantısını giriş sözü ilə Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol açıb.

İlk plenar iclasda Tanzaniya, Syerra-Leone, Toqonun prezidentləri, Çilinin sabiq prezidenti, Afrika İnkişaf Bank Qrupunun prezidenti, Birləşmiş Millətlər Təşkilatının Baş katibi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa Komissiyasının Avropa Yaşıl Sazişin icraçı vitse-prezidenti, Norveçin Baş naziri, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiya naziri və COP 28-in prezidenti iştirak edirlər.

Sammitdə qlobal liderlərin əsas məqsədi cari ildə Afrikada təmiz yemək çatışmazlığı probleminin həllini tapmaq olacaq. Zirvə toplantısı mövcud təşəbbüslərə əsaslanaraq qadınlar üçün təmiz yemək bişirmək imkanını təmin etmək məqsədilə COP28-də Tanzaniya tərəfindən başladılmış “Afrika qadınları təmiz bişirməyə dəstək Proqramı”na da nəzər salacaq.

Saxara səhrasının cənubunda yerləşən Afrika ölkələrinin hökumətləri təmiz bişirməyə üstünlük verir və onu sektorlar üzrə milli planlaşdırmaya daxil edir. Hökumətlər, həmçinin təmiz yemək bişirməyi dəstəkləmək üçün enerji sərmayələrinin artan payını hədəfləyən maliyyələşdirilmiş milli icra proqramı yaradır, inkişaf və iqlimin maliyyələşdirilməsi üçün rəsmi maliyyə tələblərinə açıq şəkildə təmiz mətbəxi daxil edirlər. Bu

BEA-nın Zirvə toplantısına hazırlıq məqsədilə hökumətlərdə, inkişaf agentliklərində, maliyyə institutlarında, beynəlxalq və qeyri-hökumət təşkilatlarında və özəl sektorda əsas maraqlı tərəflərlə 150-dən çox texniki məsləhətləşmə keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
azertag.az

2Mənbələr