AZ

"Bayern"də futbolçular ayağa qalxdılar: O qalmalıdır

"Bayern"in bəzi futbolçuları hələ də baş məşqçi Tomas Tuxelin komandada qalacağına ümid edirlər.

Publika.az xəbər verir ki, onlar arasında Manuel Noyer və Tomas Müller də var . Onlar Tuxeli saxlamaq üçün klub rəhbərliyini inandırmağa çalışırlar. Onun köməkçiləri, xüsusən də ingilis Entoni Barri futbolçular arasında çox populyardır.

Artıq "Bayern" almaniyalı mütəxəssisin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Yerli mətbuatda bildirilir ki, onu əvəzləməyə əsas namizəd Hans-Diter Flikdir. Amma onunla danışıqlar hələ ki, nəticə verməyib.

Bundan əlavə, klub daxilində Flikin qayıtmasının düzgün qərar olacağına şübhələr var. Roberto De Zerbi və Erik ten Haqın namizədliyi də nəzərdən keçirilir.

Jurnalist Kristian Falkın sözlərinə görə, bir neçə tanınmış məşqçi ilə uğursuz danışıqlardan sonra klub rəhbərliyi də Tuxelin qalması variantını nəzərdən keçirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
publika.az

1Mənbələr