AZ

Narkotik sifariş edən tanınmış aktrisa polis tərəfindən saxlanılıb - FOTO

Tanınmış aktrisa Feyza Civelek narkotik maddə sifarişi verən zaman polislər tərəfindən saxlanılıb. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, polislər ictimai nəqliyyatda yoxlanış apararkən motosikletli sürücünü şübhəli şəxs qismində saxlayıblar.

Axtarışlar zamanı onun üzərindən xeyli narkotik maddə götürülüb. Bu zaman aktrisa Feyza Civelek yoxlanış edilən əraziyə yaxınlaşaraq polislərin yanında motosikletçiyə "Onları gətirdinmi" deyə sual verib.

Daha sonra Civelek hər şeyi polisə etiraf edib. O bir dostuna narkotik maddə sifariş etdiyini, lakin narkotik maddənin adının nə olduğunu bilmədiyini deyib.

Aktrisa bunun üçün motosikletçinin şəxsi hesabına 6000 lirə (təxminən 316 AZN) pul göndərdiyini də bildirib.

Civelek sifariş etdiyi narkotik onun əlinə keçmədiyi üçün sərbəst buraxılıb. 

Xatırladaq ki, aktrisa hazırda "Kızılcık Şerbeti" serialına çəkilir və orada Nilay obrazına həyat verir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
4
baku.ws

5Mənbələr