AZ

"ASALA da Paşinyanı devirmək üçün hərəkətə keçib" - ZAUR MƏMMƏDOV

"Ermənistanda türkə nifrət bəsləyənlər hakimiyyəti devirərək yenidən bölgəni savaş meydanına çevirmək istəyirlər"

"İrəvan polisi hökumət əleyhinə etiraz aksiyalarında iştirak edən ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı saxlayıb. O, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlində ittiham edilərək əfv hüququndan yararlanmaq qadağası ilə ömürlük azadlıqdan məhrum edilib". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Bakı Politoloqlar Klubunun rəhbəri bildirib ki, 2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb: "Göründüyü kimi, Ermənistanda türkə nifrət bəsləyənlər hakimiyyəti devirərək yenidən bölgəni savaş meydanına çevirmək istəyirlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
hurriyyet.az

1Mənbələr