AZ

La Liqa prezidenti açıqladı: Mbappe “Real”da olacaq”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin hücumçusu Kilian Mbappenin yay transfer pəncərəsində “Real”a transferini təsdiqləyib.

İdmanxeber.az-ın məlumatına görə, qurum rəhbəri bu barədə açıqlama verib:

“Mbappe gələn mövsüm Madriddə olacaq. O, dünyanın ən yaxşı oyunçularından biridir. Amma “Real”da Vinisius və Bellinqem də var. Onlar əla komanda olacaq. Amma təbii ki, bu, çempionatda və qələbəyə zəmanət vermir”.

Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. 2023/24 mövsümündə forvard parislilərin heyətində bütün yarışlarda 46 matçda 44 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
idmanxeber.az

1Mənbələr