AZ

Prezidentin Şuşada sakinlərlə görüşü xüsusi tarixi hadisədir - ŞƏRH

May ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın məhz Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Ölkə başçı sakinlərlə görüşdə qeyd edib ki, bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vax tişğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan iqtisadi cəhətdən eləcə də güclü ordu potensialını yaradaraq dünya ölkələri sırasında öndə olan bir dövlətə çevrilə bilib. Ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı olan cənab prezidentimiz bu gün hər bir azərbaycanlının sözün həqiqi mənasında böyük qarantıdır. Sözsüz ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Hər bir Azərbaycan vətəndaşı Vətən müharibəsində əldə olunan qələbə sevinci ilə əbədi olan Zəfər tarixi ilə fəxr edir və edəcəkdir. O tarixi günlərin sevincini bölüşən ölkə başçısı şuşalılar qarşısında çıxışı zamanı deyib: “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk Qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransada, Amerikada, həmçinin, Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlirgəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Şuşa daxil Qarabağın hər bir bölgəsində yenidənqurma, abadlıq-quruculuq işləri bu gün böyük fəxr, qürurla davam edir. Ən əsas məqam bu günün xüsusi ilə əlamətdar olması sakinlərin artıq öz torpaqlarında məskunlaşmasıdır. Eləcə də Prezident Şuşa sakinləri ilə mətbuata açıq xüsusi görüş keçirdi. Görüş zamanı Prezident bir çox məqamlara toxundu. Təbii ki, ilk olaraq, bu qələbəni bizə bəxş edən igid, qəhrəman oğullarımızı yad etmək xüsusi önəm kəsb edir. Prezidentin də dediyi kimi “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”. Bəli, əgər vətənpərvər ruhda böyüyən oğullarımız olmasa idi bu qələbəni qazanmaq mümkünsüz olardı. Ona görə də, bu qələbənin təməlində məhz onların igidliyi, şücaəti durur. Bundan sonra da hər birimizin məqsədi bu ənənəni davam etdirərək yetişən nəsillərin də vətən sevgisi ruhunda böyüdülməsini təmin etməkdir.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
sesqazeti.az

1Mənbələr