AZ

"Rabitəbank"ın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15 may 2024-cü il tarixində Bakı Fond Birjasında "Rabitəbank" ASC-nin “Yaşıl” istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

"Unikal" xəbər verir ki, 18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitəbank" ASC-nin ümumi dəyəri 10,000,000 (on milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. Yerləşdirmə üzrə anderrayter “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

 İstiqrazlar üzrə məlumatlar:
 

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi

Ödəmə periodu

 

Hərrac tarixi

Tədavül

müddəti

AZ2005003556

Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar

100 000

(ədəd)

100 manat

9.5%

Hər 3 (təqvim) aydan bir. (İl 360 gün, ay 30 gün)

 

15.05.2024

2 il


İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
225
50
unikal.az

10Mənbələr